İran filmi Sürix film festivalına vəsiqə qazanıb
Mart 20, 2021 10:41 Asia/Baku
«Eşq barədə yeddi rəvayət» adlı İran filmi Sürix film festivalının müsabiqə bölməsinə vəsiqə qazanıb.
SəhərAzəri xəbər verir ki, rejissoru və prodüseri Huşəng Əllahyari və Babək Behdad olan «Eşq barədə yeddi rəvayət» filmi yeddinci Sürix İran filmləri festivalının uzunmetrajlı filmlər üzrə müsabiqə bölməsində qəbul olunub.
Festival 2021-ci il mayın 27-dən iyunun ikisinədək İsveçrənin Sürix şəhərində keçiriləcək.
«Eşq barədə yeddi rəvayət» filmi bundan öncə Londonda keçirilən «Lift-Off Global Network» film festivalının əsas müsabiqə bölməsində də iştirak etmişdi.