Ramil Şeydayev 147 gündən sonra start heyətində yer alıb
Apr 05, 2021 09:14 Asia/Baku
Azərbaycan millisinin futbolçusu Ramil Şeydayev uzun fasilədən sonra Premyer Liqada start heyətində yer alıb.
SəhərAzəri xəbər verir ki, Apasport.az saytının məlumatına görə, hücumçu “Sabah”ın “Qəbələ” ilə bugünkü qarşılaşmasına “11-lik”də başlayacaq.
21-ci turun bu matçı ilə Ramilin start heyəti həsrəti bitəcək. O, sonuncu dəfə 147 gün öncə ilk dəqiqələrdən meydana çıxıb.
Bu, 9-cu turun noyabrın 8-də “Zirə” ilə görüşündə (0:1) baş verib. Sonradan əsas heyətdə yerini itirən forvard bəzən sonradan meydana çıxıb, bəzən ikinci komandaya göndərilib.