Boks üzrə Dünya Çempionatı; İranın kapitanı medal qazanmaq ərəfəsindədir
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i376003-boks_üzrə_dünya_Çempionatı_İranın_kapitanı_medal_qazanmaq_ərəfəsindədir
İranın gənclərdən ibarət boks üzrə yığma komandasının kapitanı Dünya Çempionatının 1/4 final mərhəsinə yüksəlib və medal qazanmaq ərəfəsindədir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 19, 2021 09:16 Asia/Baku
  • Boks üzrə Dünya Çempionatı; İranın kapitanı medal qazanmaq ərəfəsindədir

İranın gənclərdən ibarət boks üzrə yığma komandasının kapitanı Dünya Çempionatının 1/4 final mərhəsinə yüksəlib və medal qazanmaq ərəfəsindədir.

SəhərAzəri xəbər verir kia. yarışların ilk turunun 6-cı günündə Fərhad Moradi 69 kiloqram çəki dərəcəsində Latviyadan olan boksçunu məğlub edərək, 1/8 final mərhələsində Monqolustandan olan "Asxar Candos" la qarşılaşıb və arxa əl zərbələri ilə hər üç raundda onu asanlıqla məğlub edib. 

Beləliklə, İrandan 69 kq çəki dərəcəsində Fərhad Moradi və 91 kq çəki dərəcəsində Seyid Əli Seyid Sədri dünya medalını qazanmağa bir addım qalıblar.

Fərhad Moradi 1/4 finalda rusiyalı Aşlayev və braziliyalı Henrik qarşılaşmasının qalibi ilə döyüşəcək, Seyid Əli Seyid Sədri isə Dadayevlə qarşılaşacaq.

Gənclər arasında Boks üzrə Dünya çempionatı keçən həftə Polşanın Keltse şəhərində başlayıb və 11 gün davam edəcəkdir.