Apr 21, 2021 08:54 Asia/Baku

Bu gün məşhur iranlı şairin Sədinin anma günüdür.

SəhərAzəri xəbər verir ki, dünya mədəniyyəti xəzinəsinə daxil olan Sədi Şirazi 1210-cu ildə İranın qədim mədəniyyət mərkəzlərindən biri olan Şiraz şəhərində anadan olub. Kiçik yaşlarında ikən atası Müsləhəddin bəy vəfat edib. Atasının vəfatı Sədiyə çox təsir edib. O, atasının xatirəsini uzun zaman unuda bilməyib, “Bustan” və “Gülüstan” adlı əsərlərində atasına həsr etdiyi bir sıra təsirli şeirləri bunu açıq-aydın sübut edir.

Sədi Şirazi hələ gənc yaşlarında ikən monqol hücumları başlayıb və bütün Yaxın Şərq, o cümlədən şairin vətəni olan Şiraz da təcavüzə məruz qalıb. Bu dövrdə şair öz vətənini tərk edərək Bağdada gedib, orada məşhur Nizamiyyə məktəbində öz dövrünün böyük alimləri Əbu İshaq Şirazi, Əbulfərəc Əbdürrəhman ibn Covzi və Şəhadəddin Söhrvərdidən dərs alıb, ərəb dilini və öz dövrünün başqa elmlərini mükəmməl öyrənib. Coşqun qəlbə malik olan bu istedadlı gənc, müəllimlərinin təlimi və Bağdadın ab-havasilə kifyətlənməyib Yaxın və Orta Şərq ölkələrini diyar-diyar gəzib-dolaşmaq qərarına gəlib və Azərbaycan, Kiçik Asiya, Həbəşistan, Misir, Suriya, Fələstin, Hindistan və İran bölgələrini əksərən piyada gəzib-dolaşıb, Xəlici-fars körfəzini, Ümman dənizini, Hind okeanını və Aralıq dənizini ticarət gəmiləri ilə keçib. Buna görə də bəzi mənbələr Sədi Şirazini orta əsrin böyük səyyahlarından biri hesab edir.

Teqlər