İranlı atletlər 4 qızıl medal qazanıblar
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i378275-İranlı_atletlər_4_qızıl_medal_qazanıblar
İranlı yüngül atletlər Qazaxıstanda keçirilən 2021-ci il Kazanov kuboku uğrunda yüngül atletika yarışlarında 4 qızıl medal qazanıblar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 21, 2021 12:30 Asia/Baku
  • İranlı atletlər 4 qızıl medal qazanıblar

İranlı yüngül atletlər Qazaxıstanda keçirilən 2021-ci il Kazanov kuboku uğrunda yüngül atletika yarışlarında 4 qızıl medal qazanıblar.

SəhərAzəri-nin məlumatına əsasən, səkkiz ölkənin idmançılarının iştirakı ilə Qazaxıstanın Almatı şəhərində keçirilən Kazanov kuboku uğrunda 30-cu yüngül atletika yarışlarının sonuncu günündə Həmidreza Kiya üçqat tullanma növündə yarışların birinci pilləsində durub və qızıl medal qazanıbdır.

Digər iranlı idmançı Məhdi Pircəhan da 400 metr məsafəyə qaçışda qızıl medal alıb.

İranı idmançılar dünən də 400 metr məsafəyə qaçış və ağırlıq tullama növlərində iki qızıl medal almışdılar.

İranın yüngül atletika komandası yarışların davamında Tokio olimpiya oyunlarına pay əldə etmək üçün gələn ay Özbəkistanın Daşkənd şəhərində rəqabət aparmalıdır.