Modriç Xorvatiya komandası ilə maraqlı bir rekorda imza atıb
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i378361-modriç_xorvatiya_komandası_ilə_maraqlı_bir_rekorda_imza_atıb
"Real Madrid"in ulduzu Xorvatiya millisinin tarixində maraqlı bir rekorda imza atıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 23, 2021 13:05 Asia/Baku
  • Modriç Xorvatiya komandası ilə maraqlı bir rekorda imza atıb

"Real Madrid"in ulduzu Xorvatiya millisinin tarixində maraqlı bir rekorda imza atıb.

SəhərAzəri-nin məlumatına əsasən, ötən gecə Xorvatiyanın futbol üzrə yığma komandası Avro-2020-nin qrup mərhələsinin son oyununda Şotlandiya komandası ilə üzləşib və 3 - 1 hesabı ilə qalib gələrək növbəti mərhələyə yüksəlib.

Bu oyunda Xorvatiya komandasının kapitanı Luka Modriç maraqlı bir rekorda imza atıb. Beləki "Real"ın ulduzu bu oyunda qol vuraraq, 35 yaşında olmaqla Xorvatiya tarixində ən yaşlı futbolçunun Avro matçında qol vurma rekordunu qeydə alıb. 

Modric, həmçinin bundan əvvəl Xorvatiya yığması tarixində Avropa Çempionatında 22 yaşında qol vuran ən gənc oyunçu rekorduna da sahibdir. Ən pisi, Modriç Xorvatiya millisinin tarixində avrokuboklarda qol vuran ən gənc və ən yaşlı oyunçu oldu.

Beləliklə də Modriç Xorvatiya millisinin tarixində UEFA Çempionlar Liqasında qol vuran ən gənc və ən yaşlı futbolçu adını qazanıb.