İran fimi Malayziya festivalında uğur qazanıb
İyul 21, 2021 12:15 Asia/Baku
İranlı rejissor Əsğər Beşarətinin çəkdiyi "Kiçik Qırmızı, Böyük Mavi" adlı qısa metrajlı film Malayziyanın "G-Short" Beynəlxalq Film Festivalında münsiflər heyətinin xüsusi mükafatına layiq görülüb.
SəhərAzəri-nin məlumatına əsasən, bu beynəlxalq festivala dünyanın 37 ölkəsindən 700 film qatılıb.
İranın cənubunda yerləşən Qeşm adasından olan sənətkarların çəkdiyi qısa metrajlı "Kiçik Qırmızı, Böyük Mavi" filmi, həmçinin ən yaxşı rejissor mükafatına da namizəd seçilmişdi.
Malayziyanın "G-Short" Film Festivalı, 90 saniyəlik bir filmin yarada biləcəyi sonsuz xəyal və imkanları qeyd etmək üçün təşkil olunan qısa formalı filmlər festivalıdır.
Malayziyanın beynəlxalq festivalının bu bu dövrünün şüarı "qısa, lakin güclü"dür.