Yaponiyada çirkli ABŞ vaksinlərinin yeni partiyası aşkar edilib
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i380561-yaponiyada_çirkli_abŞ_vaksinlərinin_yeni_partiyası_aşkar_edilib
Yaponiya səhiyyə nazirliyi Okinavada Moderna vaksini yüklərində çirklənmənin aşkar edildiyini bildirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 29, 2021 09:07 Asia/Baku
  • Moderna
    Moderna

Yaponiya səhiyyə nazirliyi Okinavada Moderna vaksini yüklərində çirklənmənin aşkar edildiyini bildirib.

SəhərAzəri-nin verdiyi məlumata görə, Nazirliyin bildirdiyinə görə, bundan öncə Moderna vaksinindəki çirklənmə halları İbaraki, Saytama, Tokio, Gifu və Aiçi kimi beş əyalətdə də müşahidə olunmuşdu.

Yaponiyada iki nəfər amerikan Moderna vaksininin ikinci dozasının bir neçə gün fərqlə vurulmasından sonra dünən vəfat edib.

Yaponiya hökuməti bu ölkədə yerləşən 863 vaksinasiya mərkəzinə göndərilmiş amerikan Moderna vaksinindən bir milyon 630 min dozadan istifadəni dayandırıb.

Bu addım Moderna vaksininin Yaponiyadakı paylayıcısı olan «Takeda» əczaçılıq şirkətinin bu vaksində metal zərrəciklərin mövcud olmasından irəli gələn çirklənmənin olmasına dair informasiyalar almasından bir həftə sonra atılıbdır.