İran karvanının üçüncü qızılı
Avq 29, 2021 15:47 Asia/Baku
-
İran karvanının üçüncü qızılı
İranlı para-cüdoçu Tokio paralimpiya oyunlarında qızıl medal qazanıb.
SəhərAzəri-nin verdiyi məlumata görə, Yüz kiloqramdan yuxarı çəki dərəcəsində mübarizə aparan Məhəmmədrza Xeyrullahzadə bu gün B2 qrupunun final görüşündə ipon hesabıyla gürcü rəqibi Çikoidzeyə qalib gəlib.
Vəhid Nuri də para-cüdo üzrə doxsan kiloqram çəki dərəcəsində öz rəqibini məğlub edib və qızıl medal alıbdır.
Ruhullah Rüstəmi isə para-ağırlıq qaldırmada İrana qızıl medal gətiribdir.
İranın para-ağırlıq qaldırmaq üzrə yığma komandasınn üzvü Hamed Solhipur da doxsan yeddi kiloqram çəki dərəcəsində 222 kiloqramlıq ağırlığı qaldırıb və ikinci olubdur.
Teqlər