İranlı idmançı ciu-citsu yarışlarında birinci olub
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i381252-İranlı_idmançı_ciu_citsu_yarışlarında_birinci_olub
İranlı idmançı Həbib Rəncbər ciu-citsu üzrə Asiya çempionatının qalibi olub.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 19, 2021 13:22 Asia/Baku
  • Həbib Rəncbər
    Həbib Rəncbər

İranlı idmançı Həbib Rəncbər ciu-citsu üzrə Asiya çempionatının qalibi olub.

SəhərAzəri-nin məlumatına əsasən, Ciu-citsu üzrə beşinci Asiya çempionatında 94 kiloqram çəki dərəcəsində iraqlı və hindistanlı rəqiblərinin kürəklərini yerə vuran, özbəkistanlı idmançını on iki-beş, qazaxıstanlı rəqibini isə on altı-dörd hesabları ilə məğlub edən İranın ciu-citsu üzrə yığma komandasının üzvü Həbib Rəncbər yarışların finalına çıxıb.

Dünən axşam final görüşündə tailandlı rəqibinə on dörd-yeddi hesabı ilə qalib gələn Rəncbər bu yarışların çempionu və qızıl medal sahibi olubdur.

Yarışlarda Asiya qitəsindən on səkkiz komanda iştirak edib.