İlahi və Goleyc yarışlarına start verəcəklər
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i381764-İlahi_və_goleyc_yarışlarına_start_verəcəklər
Sərbəst güləş üzrə Dünya Çempionatı çərçivəsində dünənki görüşlərdən sonra bu gün İranın iki sərbəst güləşçisi Norveçdə yarışlarına start verəcəklər. Bu gün Erfan İlahi 70 kiloqram çəki dərəcəsində və Muctaba Goleyc 97 kiloqram çəki dərəcəsində döşək üzərinə çıxacaqlar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 04, 2021 16:58 Asia/Baku
  • İlahi və Goleyc yarışlarına start verəcəklər

Sərbəst güləş üzrə Dünya Çempionatı çərçivəsində dünənki görüşlərdən sonra bu gün İranın iki sərbəst güləşçisi Norveçdə yarışlarına start verəcəklər. Bu gün Erfan İlahi 70 kiloqram çəki dərəcəsində və Muctaba Goleyc 97 kiloqram çəki dərəcəsində döşək üzərinə çıxacaqlar.

Sərbəst güləş üzrə Dünya Çempionatı oktyabrın 2-dən Norveçin paytaxtı Oslo şəhərində start götürüb. 8 çəki dərəcəsində keçirilən bu yarışlarda İran komandasının altı güləşçisi finala yüksəlib və yarışların ikinci gününün sonuna kimi iki qızıl medal qazanıb. 

Bu gecə 57, 65, 79 və 92 kiloqram çəki dərəcələrində İranın digər dörd finalçısı döşək üzərinə çıxacaqlar. 

Buna əsasən, 57 kiloqram çəki dərəcəsində Əlirza Sərlək amerikalı güləşçi Tomas Gilman ilə qarşılaşacaq, Əmir Məhəmməd Yəzdani 65 kiloqram çəki dərəcəsində rus güləşçi Zagir Şaxiyev ilə mübarizə aparacaq, Məhəmməd Noxodi 79 kiloqram çəki dərəcəsində qızıl medal uğrunda amerikalı güləşçi  Cordan Barrouz ilə yarışacaq və nəhayət 92 kiloqram çəki dərəcəsində final görüşünü Kamran Qasimpur ilə rusiyalı Maqomed Qurbanov keçirəcəklər.