Korona xəstələrinin 37%-də minimum bir uzunmüddətli əlamət qalır
Koronavirus xəstələrinin 37 faizində minimum bir uzunmüddətli əlamət qalır.
SəhərAzəri-nin məlumatına əsasən, Oksford universiteti və Amerika milli sağlamlıq institutu tərəfindən aparılmış geniş tədqiqatın nəticəsi göstərir ki, koronadan sağalanların üçdə birində, yəni 37 faizində virusa yoluxmadan üç və ya altı ay sonra minimum bir uzunmüddətli simptom müşahidə olunub.
Oksford universitetinin bildirdiyinə görə, koronadan sağalan şəxslərin 270 min nəfərindən çoxunda ən çox müşahidə olunan əlamətlər,/ tənəffüs problemləri, yorğunluq, ağrı və iztirab olubdur.
Yaşlı şəxslər və kişilərin daha çox tənəffüs problemləri və koqnitiv problemlərə malik olduqları bir halda, gənclər və qadınlar daha çox başağrısı, qarın simptomları, iztirab və depressiyaya düçar olublar.