İranlı hakim Ərəb Kuboku-2021-də hakimlik edəcək
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i382404-İranlı_hakim_Ərəb_kuboku_2021_də_hakimlik_edəcək
İranlı hakim Ərəb Kuboku turnirində hakimlik edəcək.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 23, 2021 10:08 Asia/Baku
  • İranlı hakim Ərəb Kuboku-2021-də hakimlik edəcək

İranlı hakim Ərəb Kuboku turnirində hakimlik edəcək.

SəhərAzəri-nin məlumatına əsasən, 2021-ci il Ərəb Kubokunun rəsmi hakimlərinin siyahısı açıqlanıb və bu arada iranlı hakim Əlirza Fəğaninin adı da digər 11 hakimlə birlikdə gözə dəyir.

Ərəb Kuboku, Ərəb ölkələri arasında futbol matçlarının onuncu turu olaraq, keçiriləcək və bu, FİFA-nın himayəsi altında keçiriləcək ilk turnirdir. İran futbolunun beynəlxalq dərəcəli hakimi Əlirza Fəğani dünyanın digər bölgələrindən olan 11 digər hakimlə birlikdə, noyabrın 30-dan dekabrın 18-dək Qətərin Doha şəhərində keçiriləcək bu turnirdə, oyunları idarə edəcəklər.