İranlı qadın ağırlıqqaldıranın uğurlu çıxışı
İranlı qadın ağırlıqqaldıran dünya çempionatı yarışlarında uğurlu çıxış edib.
SəhərAzəri-nin məlumatına əsasən,Özbəkistanın Daşkənd şəhərində keçirilən ağırlıqqaldırma üzrə dünya çempionatının davamında iranlı qadın ağırlıqqaldıran Yekta Camali uğurlu çıxış və yaxşı rekordlar nümayiş etdirib.
Camali 87 kiloqram çəki dərəcəsi üzrə A qrupunda on digər ağırlıqqaldıranla yarışıb. O, bir təkanda yüz, iki təkanda 122, ümumilikdə isə 222 kiloqramlıq nəticələr qeydə aldırıb və ümumi göstəriciyə görə, dünya üzrə doqquzuncu yerdə durmağı bacarıb. Yekta Camali bir və iki təkanda onuncu olubdur.
On yeddi yaşlı Camali gənclərin dünya çempionatı ilə bağlı bir təkanda səkkiz, iki təkanda altmış, ümumi göstəricidə isə on dörd kiloqram rekord artımına malik olub.
Bu çəki dərəcəsində Monqolustan, Özbəkistan və Norveç ağırlıqqaldıranları birincidən üçüncüyədək olan yerləri tutublar.