Dek 20, 2021 14:42 Asia/Baku
  • İranlı məktəblilər
    İranlı məktəblilər

İranlı məktəblilər Hindistanda keçirilən 2021-ci il Ümumdünya İxtiralar Müsabiqəsində birinci yeri qazanıblar.

SəhərAzəri-nin məlumatına əsasən, "İbni Sina" Məktəbli Festivalının daimi katibliyinin məlumatına görə, dünyanın 30 ölkədən gələn məktəblilərin iştirakı ilə Hindistanda keçirilən Ümumdünya İxtiralar Müsabiqəsində iranlı məktəblilər elektronika, süni intellekt və proqramlaşdırma kateqoriyalarında 3 qızıl medal qazanıblar.

Mehrbod Bəni Amiriyan və Arvin Yaqubidən ibarət komanda qızıl medala və yarışın xüsusi mükafatına layiq görülüb. İranın Behnam Kərimi və Əlirza Cəfəridən ibarət digər komandası da bu yarışda qızıl medal qazanıb. Həmçinin Həsən Kakanejadi və Kuşa Rüstəmidən ibarət İranın üçüncü komandası da bu yarışda qızıl medalın sahibi olub.

Hindistanda Ümumdünya İxtiralar Müsabiqəsi dekabrın 13-dən 16-dək keçirilib.

Teqlər