Kosmik zibillər Ayla toqquşma istiqamətində hərəkət edirlər
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i386510-kosmik_zibillər_ayla_toqquşma_istiqamətində_hərəkət_edirlər
Kosmik araşdırmalar göstərir ki, üç tonluq kosmik zibil məcmuməsi tezliklə ayla toqquşacaq və ehtimal üzrə onda böyük bir yarıq yaradacaq.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 03, 2022 10:58 Asia/Baku
  • Ay
    Ay

Kosmik araşdırmalar göstərir ki, üç tonluq kosmik zibil məcmuməsi tezliklə ayla toqquşacaq və ehtimal üzrə onda böyük bir yarıq yaradacaq.

SəhərAzəri-nin məlumatına əsasən, Göy cisimlərini izləyən “Bill Qrey” saytı mütəxəssislərinin fikrincə, kosmik zibillər əslində kosmik raketlərin qalıqlarıdırlar.

Saatda 5800 mil sürətlə aya doğru hərəkət edən zibillər ehtimal üzrə cümə günü onunla toqquşacaqlar.

Toqquşma ayın görünməyən yarımkürəsindəki bir məntəqədə baş verəcək. Buna görə, bu hadisənin teleskoplar tərəfindən qeydə alınması mümkün deyil və bu zərbənin baş verməsini süni peyk görüntülərinin köməyilə təsdiq edə bilmək, ehtimal üzrə həftələr və ya aylar sürəcək.

Su və havanın olmaması da ayın üzərində hər hansı dəyişklik və yeyilmənin baş verməməsinə bais olubdur.

Bu səbəbdən, həmin toqquşmalar nəticəsində yaranan kraterlər həmişəlik olaraq qalacaqlar.