V İslam Həmrəyliyi Oyunlarının 9-cu yarış günündə
Azərbaycan 4-cü pilləyə yüksəlib
Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarının 9-cu yarış günündən sonra Azərbaycan 4-cü pilləyə yüksəlib, İran isə 2-ci yerini qoruyub.
SəhərAzəri-nin “Report”-a istinadən verdiyi məlumata görə, Konya yarışlarının 9-cu gününün sonunda Azərbaycanın aktivindəki medalların sayı 43-ə yüksəlib. Medallardan 13-ü qızıl, 15-i gümüş, 15-i bürünc əyarlıdır.
Bu nəticə ilə Azərbaycan iştirakçı ölkələrin ümumi sıralamasında 4-cü pilləyə yüksəlib.
İlk 3 mövqedə medal əyarında müvafiq olaraq, Türkiyə, İran və Özbəkistan qərarlaşıb.
V İslam Həmrəyliyi Oyunlarının 9-cu yarış günündən sonra İranın aktivindəki medalların sayı 73 olub. Onlardan 27-i qızıl, 23-ü gümüş, 23-ü isə bürüncdür.
Birinci yerdə duran Türkiyə isə 169 medala yiyələnib. İndiyədək ümumilikdə 56 ölkədən 40-ı medal qazana bilib.