Mobil telefonun mavi işığının sağlamlığa zərərləri
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i392971-mobil_telefonun_mavi_işığının_sağlamlığa_zərərləri
Tədqiqatçılar mobil telefonun mavi işığının sağlamlığa olan mühüm zərərlərini araşdırıblar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 09, 2022 12:38 Asia/Baku
  • mavi işığ
    mavi işığ

Tədqiqatçılar mobil telefonun mavi işığının sağlamlığa olan mühüm zərərlərini araşdırıblar.

SəhərAzəri-nin məlumatına əsasən, Son zamanlar həyata keçirilmiş bir araşdırmanın nəticələri göstərir ki, uzun müddət mobil telefona gözünü zilləmək, qırışlara səbəb ola bilər.

Aparılmış tədqiqat xəbərdarlıq edir ki, mavi işıq qocalma prosesini həddən artıq sürətləndirə bilər.

Məlumatlar göstərir ki, Qərb dünyasında təxminən hər bir yuxarı yaşlı şəxs hər gün mavi işığa məruz qalır, amma hazırda Oreqon ştat universitetinin alimləri xəbərdarlıq edirlər ki, bu işıq hüceyrənin fəaliyyətini poza, həmçinin əsəb pozğunluğuna və ya qocalığa səbəb ola bilər.

Ekspertlərin sözlərinə görə, hədddən artıq mavi işığa məruz qalmaqdan çəkinmək, "qocalma əleyhinə strategiya" ola bilər.

Öncəki araşdırmaların tapıntıları da ondan xəbər verirdi ki, mobil telefonun ekranından hədddən artıq istifadə, piylənmə təhlükəsi və psixi sağlamlıq problemlərini artırır.