Noy 29, 2022 20:03 Asia/Baku
  • İran-ABŞ oyunu Qətər Dünya Çempionatının ən həssas oyunu!

İran-ABŞ qarşılaşması Qətər Dünya Çempionatının ən həssas oyunlarından biridir.

SəhərAzəri-nin məlumatına əsasən, Belə bir oyun Dünya Çempionatı tarixində ikinci dəfə olaraq, keçiriləcək və demək olar ki, mundialın ən mühüm pley-off oyunlarından biri qədər həssas və görməlidir. Turnir başlamazdan əvvəl, futbol mütəxəssisləri hesab edirdilər ki,  hər iki komandanın növbəti mərhələyə adlamaq şansı yüksəkdir. İndi qrup oyunlarının üçüncü günündə böyük ehtimalla bunlardan biri İngiltərə ilə birlikdə 1/8 finala yüksələcək. Hər iki komanda son iki oyunda iki fərqli texniki sima nümayiş etdirib. Uelslə oyunda İran yaxşı performans və nəticə ilə turnir cədvəlinin 2-ci pilləsinə yüksəlib. Amma Amerika Uelslə görüşdə son dəqiqələrdə bir qol buraxıb və bir-bir hesablı heç-heçə edib ki, bu da Amerika üçün zəif bir nəticə hesab olunur.

 

Teqlər