İran yığması dünya çempionatının 1/8 mərhələsindən kənarda qaldı
Noy 30, 2022 12:10 Asia/Baku
Amerika və İran komandaları dünən Bakı vaxtı ilə saat 23-00-da futbol üzrə dünya çempionatının B qrupunda özlərinin üçüncü və ən həssas oyunlarında qarşılaşıblar.
Oyun Kristian Pulişiçin otuz səkkizinci dəqiqədə vurduğu yeganə qolla başa çatıb.
Amerika milli futbol komandasının oyunçusu olan Xorvatiya əslli Kristian Pulişiç İran-ABŞ matçının ən yaxşı oyunçusu seçilib.
Bu qrup üzrə digər oyunda Uels millisini üç-sıfır hesabı ilə məğlub edən İngiltərə yığması yeddi xalla,/ beş xal toplayan ABŞ seçməsilə yanaşı, səkkizdə bir final mərhələsinə vəsiqə qazanıb.