Qərbi Asiyada ilk dəfə vəfat etmiş xəstələrdən orqan transplantasiyası
Qərbi Asiyada ilk dəfə vəfat etmiş xəstələrdən orqan köçürmə əməliyyatı həyata keçirilib.
SəhərAzəri-nin məlumatına əsasən, bu barədə İran Tibb Elmləri Universitetinin Transplantasiya Bölməsinin rəhbəri məlumat verib.
O, bildirib ki, donorun öldüyü təsdiqləndikdən sonra həyatı əhəmiyyətli orqanların canlandırılması və köçürülməsi əməliyyatı Qərbi Asiyada ilk dəfə və İran Tibb Elmləri Universitetində həyata keçirilib.
Bu əməliyyat xəstəxanada ölən üç nəfərin üzərində aparılıb və onların böyrək, qaraciyər, mədəaltı vəzi, bağırsaqlar və ürək qapağı da daxil olmaqla həyati orqanları ayrılaraq, resipiyentlərə verilib.
Bu üsul ölkədə unikaldır və Yaxın Şərq Transplantasiyası Assosiasiyası tərəfindən təsdiqlənib və onun elmi məqaləsi də Beynəlxalq Ürək və Ağciyər Transplantasiyası jurnalında dərc olunub.