İran regionda vaksin istehsal edən yeganə ölkədir
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i397558-İran_regionda_vaksin_istehsal_edən_yeganə_ölkədir
İran səhiyyə naziri vurğulayıb ki, İran regionda vaksin istehsal edən yeganə ölkədir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 20, 2023 17:28 Asia/Baku
  • İran regionda vaksin istehsal edən yeganə ölkədir

İran səhiyyə naziri vurğulayıb ki, İran regionda vaksin istehsal edən yeganə ölkədir.

Bunu Ümumdünya Səhiyyə Təşkilatının vurğuladığını bildirən Bəhram Eynullahi qeyd edib ki, koronavirus dünyanın hər yerində eyni vəziyyətdə olsa da, ölkədə bu xəstəliyin baş verməsinə rəğmən, sanksiyalar götürülmədi və bu, bir namərdlik idi.

İran səhiyyə naziri həmçinin deyib: Müalicə sahəsində malik olduğumuz səhnələr dünyada misilsiz idi. Korona nəticəsində heç bir xəstəlik yer üzündə qalmadı. Hamı müalicə olundu. Əczaçılıq və araşdırma sahəsində də altı peyvənd istehsal edildi.

Ölkənin səhiyyə naziri sonra belə qeyd edib: Sağlamlıq diplomatiyası məsələsində bir çox region ölkəsi onlara dərman və tibbi ləvazimatın verilməsini istəyir. Digər ölkələrlə əlaqələrin praktik xarakter alması üçün şərait yaradılmalı və ixracat sahəsində müzakirələrə girməliyik.