Apr 23, 2023 19:51 Asia/Baku
  • Futbol stadionlarında Fitr bayramı namazı keçirilib

Dünyanın dörd bir yanındakı futbol stadionları Fitr bayramı namazı üçün müsəlmanları qəbul edib.

"FARS" xəbər agentliyinin məlumatına görə, mübarək Ramazan ayının başa çatması və Fitr bayramının gəlişi ilə eyni vaxtda dünyanın bir çox stadionlarında bayram namazı qılınıb.

İngiltərədə "Blekbörn" komandası ilk dəfə olaraq, bayram namazı qılmaq üçün stadionunun qapılarını müsəlmanların üzünə açdı. Şənbə günü "Tranmere Rovers" klubu da oxşar addımda namaz qılan müsəlmanları öz stadionunda qəbul edib.

Afrika qitəsində Ruanda, Efiopiya və Keniyadakı stadionlar Ramazan bayramı namazı üçün minlərlə müsəlmanı qəbul edib.

Asiyada İndoneziya müsəlmanları Sumatradakı Ombin stadionunda Fitr bayramı namazı qılıblar. 2022-ci ildə Qətərdəki dünya çempionatının bir neçə matçının keçirildiyi "Education City" futbol stadionu da çoxlu sayda namaz qılanı qəbul edib.

Amerikada isə Fitr bayramı namazı Arizona, Texas və Kaliforniya ştatlarındakı futbol stadionlarında qılınıb.