May 02, 2023 20:55 Asia/Baku
  • Damğanın Əmiriyyə şəhərində qızılgül yığımı mövsümü
    Damğanın Əmiriyyə şəhərində qızılgül yığımı mövsümü

Damğanın Əmiriyyə şəhərinin bağlarında "Məhəmməd" gülü yığımına başlanılıb.

Baharın gəlişi ilə, "Məhəmməd" gülü öz çəhrayı yarpaqları və xoş ətri ilə Gülistan və Əmiriyə bağlarını ətirləndirir.

M. Z: Biz qızılgülü mövsümündə, qızıl gülü yığmaqla məşğuluq

M. Z: Gül dərimini onun suyundan "Gülab" və çay üçün edirik

M. Z: Biz ondan uşaqlara şərbət damcıları kimi və daha sonra ədviyyat kimi istifadə edirik.

Bu ərazinin iqlim şəraiti bu güllərin digər ərazilərə nisbətən daha tez yığılmasına səbəb olur.

M. M: subtropik iqlimə malik olduğu üçün çiçəklər daha tez yığılır.

Əmiriyyə şəhərində 3 hektarlıq "Məhəmməd" gül bağı var və bu bağın yaxın illərdə 10 hektara çatacağı güman edilir.

M. M: Hər hektardan təxminən bir ton qızılgül yığılır. Hazırda bu sahədə 4 bağımız var və onu genişləndirilməsini də planlaşdırırıq

Az suyla təmini və iqlim şəraitinə uyğunlaşma bu çiçəyin Əmiriyyə bölgəsində becərilməsi üçün ən vacib amillərdir.

M. M: Bu bitki kol şəklindədir və quru, yarım quraq yerlərdə, xüsusən Elbruz və Zaqros yamaclarında yaxşı bitir.

Qızılgülün müalicəvi xüsusiyyətləri ilə yanaşı, yığılmış çiçəklərin bir qismi körpələrin gül bayramı qeyd edərkən istifadə olunur.

Bu il Əmiriyyə şəhərinin bağlarından 3 tondan çox qızılgül məhsulunun alınacağı gözlənilir.