Tehranda keçirilən beynəlxalq turnirdə İran güləş komandası birinciliyi əldə etdi
May 02, 2023 20:57 Asia/Baku
-
Tehranda keçirilən beynəlxalq turnirdə İran güləş komandası birinciliyi əldə etdi
İran komandası Rəhim Əliabadini (Macid Kuboku) adına Tehranda gənclər arasında ikinci dəfə keçirilən beynəlxalq güləş yarışının çempionu oldu.
Məlumata görə, olimpiya və dünya üzrə gümüş və bürünc medalların sahibi "Rəhim Əliabadi" adına ikinci beynəlxalq gənclər güləş yarışı bazar ertəsi günü Tehranın "Şühədaye həftome Tir " zalında keçirilib. Turnirin sonda, İran komandası çempionluğu əldə edib.
Bu yarışlar İran təmsilçilərinin və eləcə də Qazaxıstan, Ermənistan, Macarıstan, və İraq güləşçilərinin iştirakı ilə keçirilib və yekunda İran komandası 225 xalla, Ermənistan, Macarıstan, İraq və Qazaxıstan komandaları isə müvafiq olaraq 150, 90, 54 və 8 xalla qalib gələrək 2-ci 5-ci yerləri bölüşdürmüşlər.