İranlı Əmuzad sərbəst güləş üzrə Beynəlxalq Güləş Federasiyasının reytinqinə başçılıq edir
May 08, 2023 17:32 Asia/Baku
Beynəlxalq Birləşmiş Güləş Növləri Federasiyası iranlı sərbəst güləşçi Rəhman Əmuzadın dünya reytinqində birinci olduğunu açıqlayıb.
Beynəlxalq Güləş Federasiyasının məlumatına əsasən, 65 kq çəki dərəcəsində mübarizə aparan Rəhman Əmuzad dünya reytinqində birinci, Kamran Qasempur isə 92 kq çəki dərəcəsində ikinci yerdə qərarlaşıb.
Reza Ətri, Həsən Yəzdani və Əmir Hüseyn Zare müvafiq olaraq 61 kq, 86 kq və 125 kq çəki dərəcələrində üçüncü yeri tutublar.
Həmçinin, Yunis Emami və Məhəmməd Noxodi 74 və 79 kq çəki dərəcələrində dördüncü yeri tutublar.