May 11, 2023 13:23 Asia/Baku
  • Purhüseyni atıcılıq üzrə dünya çempionu olub

İran nümayəndəsi Bakıda keçirilən atıcılıq üzrə dünya çempionatında on metr məsafəyə pnevmatik tapança yarışlarının finalında birinci olub.

Atıcılıq üzrə dünya çempionatının ilk günündə və kişilərin on metr məsafəyə pnevmatik tapança yarışlarının ilk mərhələsinin sonunda Səccad Purhüseyni altıncı olub və finala yüksəlib.

Yarışların finalında Purhüseyni fövqəladə göstəricisi ilə birinci olub və qızıl medala sahib çıxıb. Ukrayna və Almaniya nümayəndələri ikinci və üçüncü olublar.

İranın digər atıcıları- Əmir Cəvahirixu və Vəhid Gülxəndan on beşinci və on altıncı olublar. Məhəmməd-Rəsul İffəti, Cavad Furuği isə müvafiq olaraq, qırx səkkizinci və əlli doqquzuncu yerlərdə durublar.

 

Teqlər