Sen 12, 2023 16:14 Asia/Baku
  • İranlı ağırlıqqaldıran dünya çempionu olub

İranın səksən doqquz kiloqram çəki dərəcəsində yarışan ağır atleti dünya çempionu adını qazanıb.

Paris Olimpiya Oyunlarının əsas seçim mərhələsi kimi sentyabrın dördündən Ərəbistanın Ərriyad şəhərində başlanan ağırlıqqaldırma üzrə 2023-cü il dünya çempionatı yarışları sentyabrın on yeddisinədək davam edəcək.

Yarışlar dünən gecə kişilərin səksən doqquz kiloqram çəki dərəcəsində davam etdirilib.

Bu qrupda İranı təmsil edən Mir Mustafa Cavadi/ Çin, Venesuela, Moldova və Ermənistandan olan idmançılarla mübarizədə birinci olub.

Cavadi səksən doqquz kiloqram çəki dərəcəsi üzrə olimpiya seçimi cədvəlindəki şəraitini yaxşılaşdırmaq və bu qrupun ən yaxşıları sırasında durmaq üçün 384 kiloqramlıq rekordu qeydə aldırmağı bacarıb.

 

Teqlər