Hançjou Para-Asiya oyunları; İranın medallarının sayə 47-yə yüksəldi
Okt 25, 2023 15:51 Asia/Baku
İranın idman heyəti Çinin Hançjou şəhərində keçirilən Para-Asiya Oyunlarının ikinci günündə medallarının sayını 47-yə çatdırıb və Çindən sonra ikinci yeri tutub.
"İran Press"-n məlumatına görə, İranın idman heyəti hazırda dördüncü dəfə keçirilən Para-Asiya Oyunlarının ikinci gününün yekununda 16 qızıl, 19 gümüş və 12 bürünc olmaqla 47 medal qazanıb və medallar cədvəlində Çindən sonra ikinci yerdə durub.
Qeyd edək ki, İran bu oyunlarda kişilər bölməsində 16 idman növündə, qadınlarda isə 11 idman növündə 211 idmançı ilə iştirak edib. Dördüncü Para-Asiya Oyunları oktyabrıb 22-dən 28-dək Çinin Hançjou şəhərində keçirilir.