Noy 23, 2023 15:58 Asia/Baku
  • İranlı ağır atlet dünya ikincisi olub

Meksikanın Qvadalaxara şəhərində gənclərin ağırlıqqaldırma üzrə dünya çempionatı keçirilir.

İran komandasının yüz iki kiloqram çəki dərəcəsində mübarizə aparan ağır atleti Əbülfəzl Zare üç yüz altmış beş kiloqramlıq göstərici ilə dünya ikincisi olub.

Əbülfəzl Zare çərşənbə günü bir təkanda yüz altmış altı, iki təkanda yüz doxsan doqquz, ümumilikdə isə üç yüz altmış beş kiloqramlıq göstərici ilə dünya ikincisi olub. Birinci yeri, dünya rekordçusu, ermənistanlı idmançı Qarik Karapetyan tutub.

Qeyd edək ki, iranlı ağır atlet bu yarışda üç gümüş medal qazanıbdır.