Yan 22, 2024 20:06 Asia/Baku
  • Qızıl top sahibinə iftira atılıb

Dünya futbolunun tanınmış hücumçusu yeni bir şikayətdə fransız jurnalisti iftira atmaqda ittiham edib və bu haqda ərizə təqdim edib.

İki min iyirmi ikinci ildə qızıl top sahibi olmuş Kərim Benzema bəzi ittihamlara görə, Fransa daxili işlər nazirindən şikayət etdikdən sonra, yeni bir  addımda, fransız jurnalistdən də şikayət edib.

Son zamanlar Kərim Benzemanın Qəzzə əhalisinə dəstək verməsinin ardınca Fransa daxili işlər naziri bir müsahibədə deyib: Benzemadan Fransa vətəndaşlığı alınmalıdır.

 Fransa daxili işlər naziri/ Benzemanı/ “Müsəlman qardaşları” hərəkatının hamilərindən adlandırıb. Kərim Benzema da ondan şikayət edibdir.

Jurnalist Erik Zemmur isə Kərim Benzema barədə belə iddia etmişdi: Mənim Benzema barədə bildiyim şey budur ki, o, müsəlmandır və cihad etmək istəyir. Cihad,/ yəni Dominik Bernard və Samuel Patinin öldürülməsi!

Bu sözlərin,/ həmçinin Benzemanın qətldə və “Müsəlman qardaşları” hərəkatı ilə əlaqədə olmaqda ittiham olunmasının ardınca/ bu futbolçunun vəkili/ Zemmura qarşı şikayət işi tənzim edib. Belə bir halda, Ərəbistan futbol federasiyasının sədri də Benzemanı itiham etdiyinə görə, Fransa daxili işlər naziri- Cerard Dermanenə qarşı şikayət edib.

 

Teqlər