İran milli futbol komandası Asiyanın ən üstün 8 komandası sırasına qoşuldu
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i408033-İran_milli_futbol_komandası_asiyanın_ən_üstün_8_komandası_sırasına_qoşuldu
İranın milli futbol komandası Suriya komandasını məğlub edərək, Asiya Millətlər Kubokunun 1/4 final mərhələsinə yüksəldi.
(last modified 2024-04-14T09:20:47+00:00 )
Fev 01, 2024 09:25 Asia/Baku
  • İran milli futbol komandası Asiyanın ən üstün 8 komandası sırasına qoşuldu

İranın milli futbol komandası Suriya komandasını məğlub edərək, Asiya Millətlər Kubokunun 1/4 final mərhələsinə yüksəldi.

Çərşənbə günü axşam Qətərin paytaxtı Dohadakı Abdullah bin Xəlifə stadionu Futbol üzrə Asiya Kubokunun 1/8 final mərhələsi çərçivəsində Suriya və İran milli komandaları arasında keçirilən oyuna şahidlik etdi. .

Oyunun birinci hissəsində Mehdi Taremi 35-ci dəqiqədə penalti zərbəsindən qol vuraraq, komandasını önə keçirdi, amma ikinci hissədə suriyalı Ömər Xribin penalti zərbəsi ilə hesabı bərabərləşdirdi. 

Taremi matçda 90-cı dəqiqədə ikinci sarı vərəqə alaraq, meydandan qovuldu.

Görüşün normal və əlavə vaxtlarında tərəflər 1-1 hesablı heç-heçə etdikdən sonra İran Suriyaya qarşı penaltilər seriyasında qalib gəldi.

İran fevralın 3-də turnirin 1/4 finalında Yaponiya ilə qarşılaşacaq.