“Qarabağ” 1/8 final mərhələsinə vəsiqə qazanıb
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i408712-qarabağ_1_8_final_mərhələsinə_vəsiqə_qazanıb
Azərbaycan çempionu iki oyunun nəticəsinə görə “Braqa” futbol komandasını üstələyib və ilk dəfə Avropa Liqasının 1/8 final mərhələsinə vəsiqə qazanıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 23, 2024 10:31 Asia/Baku
  • “Qarabağ” 1/8 final mərhələsinə vəsiqə qazanıb

Azərbaycan çempionu iki oyunun nəticəsinə görə “Braqa” futbol komandasını üstələyib və ilk dəfə Avropa Liqasının 1/8 final mərhələsinə vəsiqə qazanıb.

Bu məlumata əsasən, “Qarabağ” klubu fevralın 22-də UEFA Avropa Liqasının pley-off mərhələsində cavab oyununa çıxıb.

İlk matçda rəqibini 4:2 hesabı ilə məğlub edən “Qarabağ” “Braqa” ilə Tofiq Bəhramov adına Respublika stadionunda üz-üzə gəlib.

Bolqarıstandan olan hakimlər briqadasının idarə etdiyi oyunda “Qarabağ” 2:3 hesabı ilə uduzub. Amma iki görüşün nəticəsinə əsasən mərhələni keçən tərəf Azərbaycan çempionu olub.

Beləliklə də “Qarabağ” iki oyunun nəticəsinə əsasən Portuqaliya təmsilçisini üstələməklə Azərbaycan futbolu və öz tarixində ilk dəfə Avropa Liqasının 1/8 final mərhələsinə vəsiqə qazanıb.