Mart 08, 2024 11:36 Asia/Baku

Martın 7-də Avropa Liqasının 1/8 final mərhələsinin Bakıda keçirilən ilk matçında «Qarabağ» FK Almaniyanın “Bayer” komandası ilə 2:2 hesablı heç-heçə nəticəsi əldə edib.

İlk hissə "Qarabağ"ın tam üstünlüyü ilə keçdi.

24-cü dəqiqədə Juninyonun zərbəsini “Bayer”in qapıçısı dəf edib.

2 dəqiqə sonra  Juninyonun ötürməsindən  faydalanan Yasin Benzia qonaqların qapısına qol vurub.

Birinci hissənin sonunda Juninyo meydanın mərkəzindən uzun reyd edərək 2-ci qolu vurub.

İkinci hissədə qonaqlar təşəbbüsü ələ keçiriblər.

71-ci dəqiqədə "Qarabağ"lıların səhvindən sonra Wirtz hesabdakı fərqi azaldıb.

90+2-də "Qarabağ"ın cərimə meydançasına ötürməsindən sonra Şik hesabı bərabərləşdirib.

Cavab oyunu martın 14-də Almaniyada keçiriləcək.

 

 

Teqlər