“Qarabağ” Avropa Liqasında mübarizəni dayandırıb
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i409394-qarabağ_avropa_liqasında_mübarizəni_dayandırıb
“Qarabağ” UEFA Avropa Liqasının 1/8 final mərhələsində cavab oyununda məğlub olaraq Avropa Liqasında mübarizəni dayandırıb.
(last modified 2024-03-15T05:32:33+00:00 )
Mart 15, 2024 09:29 Asia/Baku
  • “Qarabağ” Avropa Liqasında mübarizəni dayandırıb

“Qarabağ” UEFA Avropa Liqasının 1/8 final mərhələsində cavab oyununda məğlub olaraq Avropa Liqasında mübarizəni dayandırıb.

“BayArena” stadionunda oynanılan görüş Leverkuzen təmsilçisinin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.Ağdam təmsilçisinin heyətində hesabı 58-ci dəqiqədə Abdullah Zubir açıb. “Qarabağ” 62-ci dəqiqədə meydanda azlıqda qalıb. Elvin Cəfərquliyev birbaşa qırmızı vərəqə alaraq meydandan qovulub. 67-ci dəqiqədə Olavio Juninyo rəqibi növbəti dəfə cəzalandırıb. Meydan sahiblərindən Ceremi Frimponq 72-ci dəqiqədə fərqi minimuma endirib. Matçın yekun nəticəsini isə 90+3 və 90+7-ci dəqiqələrdə dubla imza atan Patrik Şik müəyyənləşdirib.Səfərdəki ilk matçda Ağdam klubu ilə 2:2 hesablı heç-heçə edən “Bayer” iki görüşün nəticəsinə əsasən 1/4 finala vəsiqə qazanıb. “Qarabağ” isə Avropa Liqasında mübarizəni dayandırıb.