İyun 08, 2024 12:34 Asia/Baku
  • İranlı pəhləvan Həsən Yəzdani meydanlara qızılla qayıtdı

Macarıstan Dünya Reytinq İttifaqının sərbəst güləş yarışlarında 86 kq çəki dərəcəsində final mərhələsində iranlı güləşçi Həsən Yəzdani çempion olub.

İranlı pəhləvan Həsən Yəzdani final mərhələsində amerikalı Trent Hidlaya 12:2 hesabı ilə qalib gələrək bu yarışın qızıl medalına sahib olub.

Yəzdani finala qədər bütün görüşlərində rəqiblərindən on xal fərqi ilə qalib gələrək finala ad yazdırıb. 9 Olimpiya və dünya medalının sahibi İranlı pəhləvan finalda rəqibi amerikalı Trent Hidlayı məğlub edərək Macarıstan turnirinin qızıl medalını qazanıb.