İran sənədli filmi ABŞ kinofestivalında mükafat qazanıb
Amerika Beynəlxalq Film Müsabiqəsinin mükafatı İranın “Homa” sənədli filminə verilib.
İranlı kinorejissor Gelarə Abbasinin rejissorluğu və Dorsay Şəfiinin prodüserliyi ilə çəkilən və "Raft Film" şirkəti tərəfindən yayımlanan “Homa” sənədli filmi ABŞ-da keçirilən beynəlxalq film müsabiqəsində mükafata layiq görülüb.
İranın "Homa" sənədli filmi Homa Homavəndi adlı güvənli bir qadının hekayəsidir ki, reabilitasiya mərkəzində çalışır və həyatında yaşadığı problemlər və məhdudiyyətlər onun cəmiyyətdə fəal iştirakına mane olmur.
Abbasinin filmi bundan əvvəl də Kolumbiyada keçirilən FICFUSA Beynəlxalq Film Festivalında fəxri ad qazanmışdı. Həmçinin A Royal Chance Film Festivalında və Avstraliyanın Melburn Sənədli Filmlər Festivalında nümayiş etdirilib.