Azərbaycan ikinci qızıl medalını qazanıb
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i413326-azərbaycan_ikinci_qızıl_medalını_qazanıb
Cüdoçu Zelim Kotsoyev Parisdə keçirilən Olimpiya Oyunlarında Azərbaycana ikinci qızıl medal qazandırıb.
(last modified 2024-08-02T06:30:55+00:00 )
Avq 02, 2024 10:28 Asia/Baku
  • Azərbaycan ikinci qızıl medalını qazanıb

Cüdoçu Zelim Kotsoyev Parisdə keçirilən Olimpiya Oyunlarında Azərbaycana ikinci qızıl medal qazandırıb.

O, 100 kq çəki dərəcəsində yarışan cüdoçular arasında finalda Gürcüstan təmsilçisi İlia Sulamanidzeni məğlub edərək oyunların qalibi olub.

Bundan əvvəl iyulun 29-da cüdoçu Hidayət Heydərov (73 kq) Azərbaycana ilk qızıl medalı  gətirmişdi.

Boks yarışında yarımfinala yüksələn Alfonso Dominqes Azərbaycanı daha bir medalla təmin edib.

Yarımfinalda onun rəqibi ispaniyalı Emmanuel Reyes Pla olacaq. Döyüş avqustun 4-də baş tutacaq.