İranlı taekvandoçu Paris olimpiyadasında gümüş medal qazandı
Avq 10, 2024 13:04 Asia/Baku
Yarışlarda -80 kq çəki dərəcəsində iştirak edən iranlı taekvandoçu “Paris 2024” Olimiyasının gümüş medalını əldə edib.
Ötən gün -80 kq çəki dərəcəsində taekvando yarışlarının üçüncü günündə mübarizə aparan iranlı təmsilçi Mehran Bərxordari rəqibləri ilə qaşılaşıb. Hər üç döyüşdə “comeback” edərək rəqibləri üzərində qələbə çalan Bərxordari finalda dünya və Afrika çempionu 28 yaşlı tunisli taekvandoçu Firas Katusiyə 2:0 hesabı ilə məğlub olaraq gümüş medalla yarışı bitirməli olub.
Bundan öncə isə, Paris 2024 Olimiyadasında qadınlar üzrə Nahid Kiyani və Mubina Nemətzadə gümüş və bürünc medal qazanmışdı.