Avq 28, 2024 13:38 Asia/Baku
  • İranın Astronomiya Olimpiadasının komandası dünya çempionu olub

İranlı məktəblilər Ümumdünya Astronomiya və Astrofizika Olimpiadasında 5 qızıl medal qazanaraq, çempion olublar.

17-ci Ümumdünya Astronomiya və Astrofizika Olimpiadasında İran təmsilçiləri Hənnanə Xürrəmdəşti, Arvin Rəsulzadə, Məhəmməd Mehdi Keşavarzi, Ariya Fatehkerdari və Əli Naderi Lərdcani hər biri qızıl medal qazanıb ki, İran bu parlaq nəticə ilə birinci yerdə dayansın.

Bu yarışlar Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadası Təşkilatı tərəfindən avqustun 27-dən sentyabrın 6-dək Braziliyada keçirilib və bu yarışlarda 57 ölkədən 250-dən çox məktəbli iştirak edib.

İran İslam Respublikası prezidenti Məsud Pezeşkian da X sosial şəbəkəsindəki istifadəçi hesabında bir müraciət ünvanlayaraq, İranın Ümumdünya Astronomiya və Astrofizika Olimpiadasında medal qazanan təmsilçilərini təbrik edib.

Prezident Pezeşkian müraciətində yazıb: "17-ci Ümumdünya Astronomiya və Astrofizika Olimpiadasında 5 iranlı ulduzun qızıl medal qazanması münasibətilə elmi ictimaiyyəti və bütün İran xalqını təbrik edirəm.

Pezeşkian əlavə edib: "Övladlarım Hənnanə Xürrəmdəşti, Arvin Rəsulzadə, Məhəmməd Mehdi Keşavarzi, Ariya Fatehkerdari və Əli Naderi Lərdcani sizi təbrik edirəm, siz İrana şərəf gətirdiniz. Sizinlə fəxr edirik". 

Teqlər