İranın bürünc medalı gümüşə çevirildi
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i414123-İranın_bürünc_medalı_gümüşə_çevirildi
Paris-2024 Yay Paralimpiya Oyunlarında disk atma yarışlarında İran millisini təmsil edən Pərəstu Həbibi Polşalı idmançının çıxışına etirazını bildirdikdən sonra qazandığı bürünc medalı gümüşlə əvəz edilib.
(last modified 2024-10-16T10:36:13+00:00 )
Avq 31, 2024 13:45 Asia/Baku
  • İranın bürünc medalı gümüşə çevirildi

Paris-2024 Yay Paralimpiya Oyunlarında disk atma yarışlarında İran millisini təmsil edən Pərəstu Həbibi Polşalı idmançının çıxışına etirazını bildirdikdən sonra qazandığı bürünc medalı gümüşlə əvəz edilib.

Qeyd edək ki, Pərəstu Həbibi F32 kateqoriyasında yarışaraq lövhə (disk) atmada 26.29 metr məsəfə ilə rekord göstərici əldə edib.

İran milli paralimpiya komitəsinin şikayəti ilə Polşa komandasının qazandığı qızıl medallar hesaba alınmamış və onlar turnir cədvəlindən çıxarılmışlar.

Pərəstu Həbibi İranın ilk paraatlet üzrə disk atma yarışlarında ilk medal qazanan idmançı kimi adını yazdırıb.

Xatırladaq ki, İran paralimpiyaçılar Zəhra Rəhimi, Pərəstu Həbibi və Zəfər Zakir indiyədək Paris-2024-də 3 gümüş medal qazanıblar.