Sen 09, 2024 15:59 Asia/Baku
  • İranın sərbəst güləş yığması güləş üzrə dünya çempionatında ikinci olub

İranın sərbəst güləş yığması 20 yaşadək gənclər arasında Güləş üzrə Dünya Çempionatında ikinci yeri tutub.

Sentyabrın 2-dən 8-dək İspaniyanın Pontevedra şəhərində keçirilən 20 yaşadək güləşçilər arasında 2024-cü il dünya çempionatında İran komandası 3 qızıl, 1 gümüş və 3 bürünc medal qazanaraq, ikinci yerdə qərarlaşıb. 

Üç qızıl medalı 65 kq çəki dərəcəsində Əli Xürrəmdel, 74 kq çəki dərəcəsində Əli Rezai və 125 kq çəki dərəcəsində Əmirrza Məsumi əldə ediblər.

İbrahim Xari 61 kq çəki dərəcəsində gümüş medal qazanıb, 70 kq çəki dərəcəsində Əli Kərimpur, 79 kq çəki dərəcəsində Mehdi Yusifi, 86 kq çəki dərəcəsində isə Əbülfəzl Rəhmani bürünc medal qazanıblar.

Bu Turnirdə komanda sıralamasında ABŞ 175 xalla birinci olub, İran 160 xalla ikinci yerdə, Yaponiya isə 95 xalla üçüncü yerdə qərarlaşıb.

İranın İdman və gənclər naziri Əhməd Dünyamali bir müraciətdə, iranlı güləşçiləri dünya çümpionatında qazandıqları qələbə münasibəti ilə təbrik edib, onları səylərini yüksək dəyərləndirib və onlara daha böyük uğurlar arzulayıb.

Teqlər