İlk dəfə; İran 23 yaşadək yaş qrupunda sərbəst güləş üzrə dünya çempionu olub
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i415638-İlk_dəfə_İran_23_yaşadək_yaş_qrupunda_sərbəst_güləş_üzrə_dünya_çempionu_olub
İran komandası ilk dəfə olaraq iyirmi üç yaşadək yaş qrupunda sərbəst güləş üzrə dünya çempionu olub.
(last modified 2024-10-28T09:46:37+00:00 )
Okt 28, 2024 13:40 Asia/Baku
  • İlk dəfə; İran 23 yaşadək yaş qrupunda sərbəst güləş üzrə dünya çempionu olub

İran komandası ilk dəfə olaraq iyirmi üç yaşadək yaş qrupunda sərbəst güləş üzrə dünya çempionu olub.

  İyirmi üç yaşadək yaş qrupunda sərbəst güləş üzrə dünya çempionatı oktyabrın iyirmi beşindən iyirmi yeddisinədək Albaniyanın Tirana şəhərində keçirilib.

Sonda İran komandası Mehdi Yusifi, Əmir-Hüseyn Firuzpur və Əmir-Rza Məsumi vasitəsilə qızıl, Mehdi Haciluiyan tərəfindən gümüş, Əli Mömini, İbrahim Xari və Abbas İbrahimzadə vasitəsilə isə bürünc medal əldə edib.

  Sıralama cədvəlində yüz əlli səkkiz xal toplayan İran millisi birinci, yüz iki xal yığan Yaponiya komandası ikinci olublar. Azərbaycan Respublikası yığması isə yüz xalla üçüncü yerlə kifayətlənib