Fev 02, 2025 19:12 Asia/Baku
  • Həzrət Əbülfəzl Abbas(ə)-ın mövlud günü mübarək olsun!

Sabah, şəbanın dördü, Həzrət Əbülfəzl Abbas ələyhissəlamın mövludunun ildönümü günüdür.

Dünya şiələrinin birinci imamı, Həzrət İmam Əli ələyhissəlamın övladlarından olan Həzrət Abbas ələyhissəlam iyirmi altıncı hicri qəməri ili, şəban ayının dördündə Mədinə şəhərində dünyaya göz açıb. Onun məşhur ləqəbləri, "Əbülfəzl, Qəməri Bəni Haşim, Kərbəla ələmdarı və Səqqa"dır.

O həzrətin əziz anasının adı, Ummul Bənin idi. O, Həzrət Fatimeyi-Zəhra səlamullah ələyhanın vəfatından sonra İmam Əli ələyhissəlamın həyat yoldaşı olmaq şərəfinə nail olmuşdu.

Həzrət Əbülfəzl Abbas ələyhissəlam Aşura qiyamının qəhrəmanlarındandır. O, öz fədakarlığı və şəhadəti ilə zəmanəsinin imamı olan İmam Hüseyn ələyhissəlama olan eşq və hörmətini nümayiş etdirə bildi və beləliklə, həqiqət yolunun davamçıları üçün «sədaqətin layiqli nümunəsi» ləqəbini aldı.

Həzrət Əbulfəzl Abbas ələyhissəlamın mövlud günü İran İslam Respublikası təqvimində "müharibə əlilləri günü" kimi qeyd edilib.

İran İslam Respublikasının Teleradio Təşkilatı eşq və fədakarlıq bayraqdarı olan Həzrət Əbülfəzl Abbas ələyhissəlamın mövlud gününün gəlib çatması münasibətiilə bütün dünya müsəlmanları və azadlıqsevərlərini səmimi qəlbdən təbrik edir.