Təbrizin "Traktor Sazi" komandası Premyer Liqada çempion oldu
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i419998-təbrizin_traktor_sazi_komandası_premyer_liqada_çempion_oldu
Təbrizin furbol üzrə "Traktor Sazi" komandası Qəzvinin "Şəms Azər" komandası üzərində 4:0 hesablı qələbə qazanaraq, liqanın bitməsinə 2 həftə qalmış çempionluğunu dəqiqləşdirdi.
(last modified 2026-02-16T11:18:11+00:00 )
May 03, 2025 05:38 Asia/Baku
  • Təbrizin

Təbrizin furbol üzrə "Traktor Sazi" komandası Qəzvinin "Şəms Azər" komandası üzərində 4:0 hesablı qələbə qazanaraq, liqanın bitməsinə 2 həftə qalmış çempionluğunu dəqiqləşdirdi.

Cümə günü İran Premyer Liqasının 28-ci həftəsi çərçivəsində Təbrizin “Traktor Sazi” və Qəzvində “Şəms Azər”lə, Sepahan isə İsfahanda "Qol Qohər" komandası ilə qarşılaşdı.  

“Traktor Sazi” 4-0 hesabı ilə "Şəms Azəri" məğlub etdi,  “Sepahan” isə “Qol Qohər”ə 1-2 hesabı ilə məğlub oldu. 

"Traktor Sazi" bu qələbə ilə xallarını 64-ə çatdırdı, "Sepahan" isə 56 xalla qaldı. 

Bu nəticələrlə "Traktor Sazi" ilə "Sepahan" arasındakı xal fərqi 8-ə yüksəldi və liqanın bitməsinə iki həftə qalmış "Traktor Sazi"nin çempionluğu qətiləşdi. “Traktor Sazi”nin çempion olmasə fonunda Təbriz sevincinə qərq oldu, insanlar küçələrə axışaraq, bu qələbəni qeyd etdilər.