Yazdani dünyanın ən güclü yeniyetmə ağır atleti oldu
May 05, 2025 18:46 Asia/Baku
Peruda keçirilən yeniyetmələr arasında ağır atletika üzrə dünya çempionatında 102 kq-dan yuxarı çəki dərəcəsində iranlı idmançı yeniyetmələr arasında ən güclü ağırlıqqaldıran adını qazanıb.
Ərdəbilli yeniyetmə Hüseyn Yəzdani birdən qaldırmada 144 kiloqram nəticə göstərərək, bürünc medal qazanıb.
O, təkanla qaldırmada 190 kiloqram nəticə ilə qızıl medal qazanıb. Ümumilikdə isə, 334 kiloqram nəticə göstərərək, yeniyetmələr arasında dünya çempionu adını qazanıb.