İranlı güləşçi beynəlxalq turnirin qalibi olub
Beynəlxalq Güləş İttifaqının Monqolustanda keçirilən reytinqli yunan-roma güləşi üzrə beynəlxalq turnirinin ilk günündə İran nümayəndəsi Seyid Danyal Söhrabi öz rəqiblərini məğlub edib və qızıl medala sahib çıxıb.
Beynəlxalq Güləş İttifaqı reytinqinin üçüncü mərhələsi və Monqolustan beynəlxalq yunan-roma yarışları bu gün səhər saatlarından bu ölkənin Ulan-Bator şəhərində başlanıb.
Yetmiş iki kiloqram çəki dərəcəsində Seyid Danyal Söhrabi birinci gündə Monqolustan təmsilçisi Zandanbat Batsayxana səkkiz-sıfır hesabı ilə qalib gəlib. O, ikinci etapda Qırğızıstan güləşçisi Yersikaldi Hamzayevə on-bir hesabı ilə üstün gəlib.
Üçüncü mərhələdə istirahət edən Söhrabi dördüncü etapda hindistanlı Ankit Qulyanı səkkiz-bir hesabı və texniki zərbə ilə məğlub edib. O, beşinci və sonuncu mərhələdə Türkiyə güləşçisi Mehmet Şahini qarşısından götürüb və qızıl medal qazanıb.