UEFA Millətlər Liqası;
İspaniyanı məğlub edən Portuqaliya Avropa çempionu oldu
Almaniyada keçirilən UEFA Millətlər Liqası yarışlarının finalı Portuqaliyanın penalti zərbələrində İspaniya üzərində qələbəsilə başa çatıb.
Yarımfinal mərhələsində Fransa və Almaniyanı məğlub edən bu iki komanda dünən Münhen şəhərinin/ ev sahibinin milli komandasının futbol meydançasının bir tərəfində iştirakının həsrətini çəkdiyi bir halda/ qarşılaşıblar.
Oyunun birinci qolunu İspaniya iyirmi birinci dəqiqədə reallaşdırıb. Qolun müəllifi, Martin Subimendi olub. Lakin beş dəqiqə keçməmiş, Nuno Mendes hesabı bərabərləşdirib.
Oyunun qırx beşinci dəqiqəsində İspaniya bir daha irəli keçib. Bu dəfə Mikel Oyarsabal fərqlənib. Amma bu, matçın sonu olmayıb. Portuqaliyanın əfsanəvi kapitanı Kriştiano Ronaldo oyunun altmış birinci dəqiqəsində bir daha oyuna tarazlıq gətirib və bir neçə dəqiqə sonra, meydançanı tərk edib.
Bu nəticə doxsan dəqiqəlik oyunun sonunadək dəyişməyib. Final görüşü əlavə vaxtla davam etdirilib. Əlavə vaxtda komandaların heç biri ciddi mövqelər yaratmayıb. Nəticə etibarı ilə, görüş penalti zərbələrinə çəkilib.
On bir metrlik zərbələrin vurulmasında Portuqaliya daha artıq təmərküzlə, bütün zərbələrini dəqiq şəkildə yerinə yetirib və turnirin çempionu adını qazanmağı bacarıb.