Avq 01, 2025 13:39 Asia/Baku
  • İranın para-taekvondoçuları Asiya çempionu olublar

İranın milli para-taekvondo komandası onuncu dəfə ard-arda Asiya çempionu olub. Komandamız bu dəfə çempionluq titulunu üç qızıl, üç gümüş və altı bürünc medalla əldə edib.

Para-Taekvondo üzrə onuncu Asiya çempionatı bu gün on səkkiz ölkədən yüz yeddi idmançının iştirakı ilə Malayziyanın Kuçinq şəhərində keçirilib.

Qeyd etdiyimiz kimi, ötən bütün turnirlərin qalibi olan İran millisi cari turnirdə də on iki rəngarəng medalla öz çempionluq titulunu qoruyub saxlamağı bacarıbdır.

Qadınlar bölməsində də qızlarımız parlaq nəticə göstərib və Asiya çempionatının ikinci pilləsində dayanıblar.