İranın güləş tarixində ilk dəfə;
Sərbəst və yunan-Roma güləşləri üzrə komandalarımız dünya çempionu olublar
Zaqrebdə keçirilən dünya çempionatının ilk dörd çəki dərəcəsində uğurla çıxış edən İranın yunan-Roma güləşi üzrə milli komandası iki qızıl və bir gümüş medal qazanmaqla komandalar üzrə yarış cədvəlinin ilk pilləsində durub.
Beləliklə, İranın güləş tarixində ilk dəfə olaraq, sərbəst və yunan-Roma güləşləri üzrə komandalarımız dünya çempionu olublar.
İranın yunan-Roma güləşi ikinci günün sonunda yüz otuz kiloqram çəki dərəcəsində Əmin Mirzəzadə və səksən iki kiloqram çəki dərəcəsində Qulamrza Fərruxi tərəfindən qızıl medala sahib çıxıb. Əlli beş kiloqram çəki dərəcəsində mübarizə aparan güləşçimiz- Pəyam Əhmədi isə gümüş medal qazanıb.
İranın yunan-Roma güləşi üzrə milli komandası ikinci üç çəki dərəcəsində də bir qızıl və bir bürünc medala nail olmaq şansına malikdir.
Bundan öncə sərbəst güləş komandamız da yarışların başa çatmasına bir gün qalmış, dünya birinciliyinə nail olmuşdu.